Axtarış-xilasetmə qrupları Qəzza zolağında atəşkəsdən sonra dağılmış evlərin dağıntıları altından 212 cəsəd çıxarıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, anklavda 14 200-dən çox insan itkin düşmüş hesab olunur ki, onlardan 5000-ə yaxını qadın və uşaqlardır.
Ölənlərin yaxınları cəsədlərini dəfn etmək üçün Qəzzaya qayıtmağa başlayıblar.