AZ

İtaliya Aİ-də kənd təsərrüfatında liderdir

Bakı. Trend:

İtaliya 2024-cü ildə Avropa İttifaqına üzv 27 ölkə arasında kəndtəsərrüfatında ən yüksək əlavə dəyərə malik ölkə olub.

Trend-inməlumatına görə, İtaliya Milli Statistika İnstitutu (ISTAT)bildirir ki, ötən il ölkədə kənd təsərrüfatı məhsullarınınistehsalı 1,4 faiz, əlavə dəyər isə 3,5 faiz artaraq 42,4 milyardavroya çatıb. Bu göstəricilər əsasən bitkiçilik və heyvandarlıqdaistehsal həcminin artması ilə bağlı olub.

Baş nazir Ciorcia Meloni bu nəticəni tarixi rekord kimiqiymətləndirib və kənd təsərrüfatı sahəsində artımın ölkəniniqtisadi uğurlarında mühüm rol oynadığını vurğulayıb.

Müqayisə üçün qeyd edək ki, keçən il İspaniya 39,5 milyard avro,Fransa 35,1 milyard avro, Almaniya isə 31,9 milyard avro dəyərindəkənd təsərrüfatı məhsulu istehsal edib.

Seçilən
45
50
az.trend.az

10Mənbələr