"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid Miqdad Abdüləlimovun anası Tünzalə Abdüləlimova Türkiyənin Bolu vilayətində yerləşən Grand Kartal Otelində baş verən yanğın faciəsi ilə bağlı başsağlığı bəyanatı yayıb.
QHT.az xəbər verir ki, Tünzalə Abdüləlimova bildirib:
"Grand Kartal Otelində baş verən dəhşətli yanğın xəbəri bizi dərindən kədərləndirdi. Faciə nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə şəfa tapmasını ümid edirik. Bu ağır gündə Azərbaycan xalqı olaraq qardaş Türkiyənin yanındayıq və bu ağrını birlikdə bölüşürük. Dualarımız Türkiyəmiz üçündür! Allah rəhmət eləsin!"
Qeyd edək ki, faciə nəticəsində bir çox insanın həyatını itirdiyi və yaralandığı bildirilir. Azərbaycan xalqı, qardaş Türkiyənin bu çətin anında onunla birlikdə olduğunu bir daha nümayiş etdirir.