Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Mərkəzi Bankı 2025-ci ildə iqtisadi canlanma ehtimalının olmadığını açıqlayıb.
Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankı (Bundesbank) ölkə iqtisadiyyatının 2024-cü ilin dördüncü rübündə də zəif qaldığını qeyd edib.
“Bundesbank”ın yanvar ayı üzrə iqtisadi hesabatı dərc olunub. Hesabatda ötən ilin son rübündə ümumi daxili məhsulun (ÜDM) 0,1 faiz azaldığı bildirilib və "Alman iqtisadiyyatının 2025-ci ilin birinci rübündə də durğunluqdan çıxması çox da ehtimal edilmir" ifadəsi yer alıb.
Sənayedə problemlər davam edir
Hesabatda "2025-ci ilin əvvəlində inflyasiyanın əvvəlcə yüksək qalması ehtimal edilir. Bunun səbəbi qalıq yanacaqlar üçün karbon emissiyası qiymətinin daha da artması, ictimai nəqliyyat biletləri və xüsusi tibbi sığorta sahəsində qiymət artışlarıdır. Lakin gələcək aylarda inflyasiya nisbətinin yenidən daha mülayim hala gəlməsi gözlənilir" deyə qeyd olunub.
"Bundesbank"a görə iqtisadiyyat, sənayedə davam edən problemlər səbəbindən böyüməkdə çətinlik çəkir.
Tənəzzülə girə bilər