AZ

808 yük maşını blokada şəraitində Qəzzaya çatdırıldı

Bakı. Trend:

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin(OCHA) məlumatına əsasən, son aylarda ciddi ərzaq və zəruriləvazimat çatışmazlığı ilə üzləşən Qəzza zolağına 808 yük maşınıhumanitar yardım gətirilib.

Trend-in Qətərin“Əl-Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, OCHA-nınhesabatında İsrailin BMT-nin Yaxın Şərqdəki Fələstinli QaçqınlaraYardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə qadağaqoymasının Qəzzanın yenidən qurulması səylərinə mənfi təsir etdiyivurğulanır.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında İsrail parlamenti –Knesset, UNRWA-nın ölkə ərazisində fəaliyyətini qadağan edən qanunqəbul edib. Bu qanuna əsasən, agentliyin yəhudi dövlətininərazisində hər hansı ofisinin, xidmətlərinin və ya digərfəaliyyətlərinin olması qadağan edilir.

OCHA bu ayın əvvəlində xəbərdarlıq etmişdi ki, İsrailinblokadası səbəbindən Qəzzaya çatdırılan ərzaq və humanitaryardımlara ciddi məhdudiyyətlər tətbiq olunur, bu da bölgədə aclıqvəziyyətini daha da pisləşdirir.

Seçilən
14
2
az.trend.az

3Mənbələr