Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu vilayətində baş verən hotel yanğınında 79 nəfər həyatını itirib.
Modern.az-ın məlumatına görə, həlak olanlar arasında "Türk Hava Yolları" (THY) şirkətinin əməkdaşı Zehra Sena Gültekin və 8 ailə üzvü də olub.
Belə ki, Sena Gültəkin məktəb tətili olduğu üçün həyat yoldaşı, 3 uşağı və ailə üzvləri ilə Kartalkayaya səfər edib.
Yanğın zamanı Gültəkin alovlar içində anasına zəng edərək halallıq istəyib.
Yanğında Zehra Səna Gültəkin, əri, uşaqları və yaxınları həyatını itirib.
Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində 11 nəfər saxlanılıb.
"Cebheinfo.az"