"Trabzonspor" yeni transfer edib.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Superliqa təmsilçisi "Şaxtyor"un futbolçusu Daniil Sikanı heyətinə cəlb edib. 23 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ukrayna millisinin üzvü son olaraq icarə əsasında Almaniyanın "Hanza" klubunda çıxış edib.