ABŞ prezidenti Donald Trampın Panama kanalını ABŞ nəzarətinə qaytarmaq niyyəti ilə bağlı bəyanatları fonunda ABŞ dövlət katibi Marko Rubio gələn həftə Panamaya getməyə qərar verib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
"Rubio gələn həftə Latın Amerikası turu çərçivəsində Panamaya getməyi planlaşdırır", - hesabatda qeyd olunur.
Rubio həmçinin Qvatemala , El Salvador və Kosta Rikaya səfər edəcək. Bunun Rubionun vəzifəyə gəldikdən sonra ilk xarici səfəri olacağı gözlənilir.