AZ

“TikTok”un sahibi süni intellekt çiplərinə 12 milyard dollar xərcləyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“TikTok” sosial şəbəkəsinin sahibi olan Çinin “ByteDance” şirkəti süni intellekt modelinin hazırlanması üçün 2025-ci ildə çiplərə 12 milyard dollar xərcləmək niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yarımkeçiricilərin təxminən 60%-i “Huawei” kimi Çin şirkətlərindən alınacaq, qalanı isə “Nvidia” çiplərinə sərf olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
38
banco.az

1Mənbələr