Postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunvericilik məsələlərini araşdıran Komissiya yaradılacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.
Yaz sessiya müddətində azad olunmuş torpaqlara “Böyük Qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi nəzərdə tutulur.
Bu müddət ərzində işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi ətrafında dinləmələrin keçirilməsi də planlaşdırılır.