Bakı.Trend:
Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi SeçkiKomissiyasının sədri Məzahir Pənahov, Rəqəmsal İnkişaf və Nəqliyyatnaziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya TəhlükəsizliyiDövlət Xidmətinin rəisi İlqar Musayev yanvarın 23-də Komissiyanıninzibati binasında yerləşən veb-kameralara texniki nəzarətmərkəzinə baxış keçirib, veb-kameraların quraşdırılmasıistiqamətində reallaşdırılan son hazırlıq işləri ilə tanışolublar.
Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası Katibliyinin Mediavə kommunikasiya şöbəsindən məlumat verilib.
Bələdiyyə seçkilərində veb-kameraların tətbiqini birgə layihəçərçivəsində və sıx əməkdaşlıq şəraitində gerçəkləşdirən qurumlarınrəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçkigününə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı atılan yekunaddımlar barədə məlumat verilib. Sözügedən fəaliyyəti həyatakeçirən mütəxəssislərlə söhbət zamanı veb-kameraların seçkilərinşəffaflığının təmin olunmasındakı mühüm rolu bir daha vurğulanaraq,veb-kameraların quraşdırılması və tənzimlənməsi prosesindəqanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsinin vacibliyidiqqətə çatdırılıb və zəruri tövsiyələr verilib.
Media subyektləri nümayəndələrinin bilavasitə iştirakı ilə baştutan tədbirdə jurnalistlər üçün brifinq də keçirilib.
Bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə bütün digərvasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ənson innovativ nailiyyətlərindən geniş və səmərəli istifadəedilməklə, səsvermə günü də aşkarlığın və şəffaflığın böyükmiqyasda təminatına nail olunub.
Xüsusilə qeyd edilib ki, ölkəmizin seçki praktikasında uzunillərdir müvəffəqiyyətlə tətbiq olunan veb-kamera təcrübəsi seçkigünü səsvermə məntəqələrində proseslərin gedişinin internetüzərindən hamı üçün açıq platformada tam şəkildə, arasıkəsilmədən,habelə real vaxt rejimində dünyanın istənilən yerindən və heç birqeydiyyat tələb olunmadan müşahidə etmək imkanı yaradır. Müxtəlifkateqoriyalı aşkarlıq institutlarının seçki prosesində rahat, asaniştirakı və sərbəst fəaliyyətləri üçün yaradılan hərtərəfli vəgeniş şərait baxımından Azərbaycan öncül ölkələrdən biridir.
O da diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyasıveb-kameraların səsvermə günü aşkarlığın və şəffaflığın təminolunmasındakı müstəsna rolunu nəzərə alaraq, qarşıdan gələnbələdiyyə seçkilərində də 118 seçki dairəsi üzrə 1000 seçkiməntəqəsində veb-kamera quraşdırılmasına qərar verib və həminməntəqələrin siyahısı rəsmi dərc olunub. Seçki günü internetistifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən MərkəziSeçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heçbir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən vəən yüksək görüntü effektinə malik bu veb-kameralar vasitəsilə seçkiməntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması vənəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edəbilərlər.
Brifinqdə, həmçinin bələdiyyə seçkiləri ilə bağlı tamamiləyekunlaşmaqda olan hazırlıq işlərinin gedişatı barədə məlumatverilib və media mənsublarının sualları cavablandırılıb.