Azərbaycan şahmatçısı Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində keçirilən beynəlxalq turnirdə ilk məğlubiyyətlə üzləşib.
İdman.biz xəbər verir ki, o, “Challengers” yarışının 5-ci turunda özbəkistanlı Nodirbek Yakubboyevə uduzub.
Beş turdan sonra 2,5 xalı olan Süleymanlı 9-cu yerdədir. Yarışa niderlandlı Ervin L'Ami liderlik edir - 4 xal.
Bu gün turnirdə istirahət günüdür.
İdman.biz