AZ

Alimlər osteoartritin müalicəsində yeni perspektivli metod hazırlayıblar

Alimlər

Amerikalı alimlər, Visconsin Universitetinin (Madison) tədqiqatçıları osteoartritin müalicəsində yeni perspektivli metod hazırlayıblar. Bu metod, matris RNT (mRNT) ilə aktivləşdirilmiş terapevtik tromblardan istifadəni nəzərdə tutur. “Ulusum”.az xəbər verir ki, tədqiqat nəticələri Bioactive Materials (BAM) adlı elmi jurnalda dərc olunub.Osteoartrit ən geniş yayılmış artrit formasıdır. O, diz və bud oynaqlarındakı qığırdaqların sıradan çıxması ilə müşayiət olunur və bu, ağrıya və hərəkətin məhdudlaşmasına səbəb olur.Yeni metod mikrohissəciklərin minerallarla örtülmüş formasından istifadə edərək mRNT-nin çatdırılmasına əsaslanır. Bu hissəciklər qığırdaq toxumasının formalaşmasını dəstəkləyən zülalın sintezini təmin edir.Tədqiqatçılar xəstənin sümük iliyi və periferik qan nümunələrini mikrohissəciklərlə birləşdirərək qan laxtası yaradıblar. Daha sonra mRNT ilə aktivləşdirilmiş bu tromb zədələnmiş bölgəyə yönləndirilib.Metod, dovşanlar üzərində aparılan sınaqlarda effektivliyini sübut edib. Alimlər indi strategiyanı daha iri heyvanlarda sınaqdan keçirməyi və ardınca insanlar üzərində klinik testlərə başlamağı planlaşdırırlar.Tədqiqatçılar hesab edirlər ki, bu yanaşma yalnız osteoartrit deyil, həm də skelet əzələlərinin və sümüklərin ciddi zədələrinin müalicəsində tətbiq oluna bilər.Səidə

Diqqət Çəkənlər

Bakıda “Sənətin Qardaşlıq Rəngi” adlı beynəlxalq plener-simposiumu keçirilib

Lyej məhkəməsi Ursula fon der Leyenə qarşı ittihamları rədd edib

Parfümeriya etiketi: Son zamanlar çox güclü, narahat edici və xoş olmayan qoxulara həssasliq yaranib - ARAŞDİRMA

Seçilən
15
44
ulusum.az

10Mənbələr