1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Filippinin Mindanao adasında 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri təxminən 5 000 nəfər əhalisi olan Siokondan 7 km şimal-şərqdə yerləşib. Ocaq 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə hələ ki məlumat daxil olmayıb.
Qeyd edək ki, bundan əvvəl Leyte adasında zəlzələ baş vermişdi. Seysmoloqların məlumatına görə, həmin təkanların gücü də 5.7 bal təşkil edib.