Filippinin Mindanao adasında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri 5 min əhalisi olan Siokon şəhərindən 7 km şimal-şərqdə, yerin 10 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Leyte adasında da zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, yeraltı təkanlar 5,7 bal gücündə qiymətləndirilib.