AZ

Bakının və Ağdaşın bir hissəsinin qazla təchizatı dayandırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qazla təchizatı dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. İşlər başa çatanadək M.Hadi, Sarayevo, Q.Nəbi, Şirvani, A.Ələsgər, R.Quliyev küçələrinin, Kənd Əhmədli qəsəbəsinin, Babək prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin, "Ağdaş" qazpaylayıcı stansiyasında (QPS) yeni qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə "Ağdaş" ölçü qovşağından bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. İşlər başa çatanadək Ağdaş şəhərinin bir hissəsinin, bir qəsəbə və 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Seçilən
18
38
oxu.az

10Mənbələr