AZ

Tikinti sektoruna yatırılan investisiyalarda 12 faizədək artım var

2024-cü ildə Azərbaycanda tikinti sektoruna 5 milyard 353,6 milyon manat vəsait investisiya edilib ki, bu, əvvəlki illə müqayisədə 11,8 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, mənzil tikintisi sahəsinə ayrılan investisiyaların həcmi 2 milyard 572,7 milyon manata çatıb və 2023-cü illə müqayisədə 92,8 faiz çox olub.

Hesabat dövründə daşınmaz əmlakla əlaqədar əməliyyatlara yatırılan investisiyaların həcmi əvvəlki illə müqayisədə 87,4 faiz artaraq 9,8 milyon manat təşkil edib.

Seçilən
12
vergiler.az

1Mənbələr