AZ

Bloomberg: ABŞ dövlət katibinin ilk səfəri Panamaya olacaq

Mark Rubionun ilk xarici səfəri Amerika prezidenti Donald Trampın Panama kanalı ilə bağlı bəyanatlarının ciddiliyini vurğulamalıdır.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio ABŞ lideri Donald Trampın Vaşinqtonun Panama kanalına nəzarəti ələ keçirməsi zərurəti ilə bağlı bəyanatlarından sonra Panama səfər etməyi planlaşdırır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb .
Onun sözlərinə görə, Dövlət Departamentinin yeni rəhbərinin ilk xarici səfəri Trampın və onun administrasiyasının Panama kanalı ilə bağlı bəyanatlarının ciddiliyini vurğulamalıdır.

Rubio Latın Amerikası turu zamanı Panama ilə yanaşı Qvatemala, Dominikan Respublikası, Kosta Rika və El Salvadora da səfər etməyi planlaşdırır.

Agentlik qeyd edir ki, belə bir səfər Amerika diplomatiyasının rəhbərinin ölkəsinin əsas müttəfiqlərindən birinə baş çəkdiyi ilk turun adi təcrübəsindən fərqlənir. Belə ki, əvvəlki prezident Co Baydenin dövründə ABŞ-ın dövlət katibi olmuş Antoni Blinken bu vəzifədə olarkən ilk səfərini Yaponiyaya, Trampın ilk prezidentlik dövründə 2017-2018-ci illərdə Dövlət Departamentinə rəhbərlik etmiş Reks Tillerson isə ilk olaraq Almaniyaya səfər edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
27
34
turkustan.az

10Mənbələr