AZ

Keçmiş DİN başçısı Türkiyənin vitse-prezidenti postuna gətirilir - Fatih Portakal dəqiq tarix verdi, elə şeylər açdı ki...

Türkiyə böyük islahata hamilədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Sözcü TV-nin "Ana Xəbər" verilişinin məşhur aparıcısı Fatih Portakal açıqlama verib.

"Kim olursan ol, mövqeyin, fikrin önəmlidir. Təbii ki, fikir mübadiləsi aparmaq olar, fikirlər dəyişə də bilər, amma daha bu cür - 180 dərəcə yox da...".

Aparıcı daha sonra partiyanın keçmiş sədri Meral Akşenerlə bağlı şod iddia irəli sürüb: "İYİ Partiyasının keçmiş sədri Meral Akşenerlə bağlı iqtidar daxilindəki dolaşan məlumatı verim. Bəli, onu artıq Türkiyənin vitse-prezident postuna gətiriləcəyi dəqiqdir. Bildiyiniz kimi, AK Partiyanın qurultayı fevralın 23-dədir. Həmin qurultay Akşenerin təyinatını rəsmiyyətə mindirəcək. Mart ayında Meral Akşener yeni kabinetdə vitse-prezident olacaq. Onun adını bu postda eşidəcəyik. O, bu posta görə əvvəlcə ətrafındakıları İYİ-dən istefa verdirdi, daha sonra AKP-yə yönləndirdi. Yaxın günlərdə deputat Ünal Karaman İYİ-dən AK Partiyaya keçəcək. Əlbəttə, bütün baş verənlər sadəcə mövqesizlikdir, başqa heç nə. Yazıqlar olsun...".

Aparıcı hazırkı vitse-prezident haqqında da danışıb: "Cevdet Yılmaz... Ərdoğan onunla davam edəcək, ya yox? Bilmirəm, ikinci vitse-prezident olacaqmı? Onu da bilmirəm. Amma Meral Akşenerin vitse-prezident olacağını bilirəm. Artıq o, Ərdoğanın əlini sıxıb...".

Firudin Səfərli
MİA.AZ

Seçilən
22
4
mia.az

10Mənbələr