AZ

Gəncədə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Gəncə, 23 yanvar, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 10-dan artıq avtomobildən pul, maqnitofon, akkumulyator və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Məmmədov və N.Cümşüdov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, maddi sübutlara birlikdə istintaqa təhvil verilən şübhəli şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Seçilən
29
50
azertag.az

10Mənbələr