Qazaxıstan Energetika Nazirliyi Almaniyaya neft nəqlinin 2 milyon tona çatdırılması məsələsinin qiymətləndirildiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, nazirlik “Kazinform”un sorğusuna cavab olaraq bildirib: “Qazaxıstandan əlavə neft ixracı istiqamətlərinin işlənib hazırlanması çərçivəsində Azərbaycanla 2022-ci ildə 1,5 milyon ton neftin illik tranziti haqqında saziş imzalanıb. Bakı-Tbilisi-Ceyhan marşrutu ilə “2024-cü ildə 1,4 milyon tondan çox Qazaxıstan nefti nəql edilib”.
Nazirlik açıqlamasında Qazaxıstan, Almaniya və Rusiya arasında bağlanmış müqavilə çərçivəsində 2024-cü ildə Schwedt neft emalı zavoduna 1,5 milyon ton Qazaxıstan neftinin təhvil verildiyini də qeyd edib.
Energetika Nazirliyi də açıqlamasında "Almaniya tərəfi daha əvvəl Schwedt neft emalı zavoduna neft daşımalarını 2 milyon tona qədər artırmaq istədiyini bildirmişdi. Hazırda bu məsələ müzakirə olunur. “Unutmaq olmaz ki, Qazaxıstan neft ixracı marşrutun kommersiya cəlbediciliyindən və tərəflər arasında razılaşmalardan asılıdır”, - deyə bildirilib: “2024-cü ilin sentyabrında Almaniya Qazaxıstandan neft nəqlini 2,5 milyon tona çatdırmağı xahiş edib”.