ABŞ istehsalı M1A2SEPv3 “Abrams” tanklarının ilk partiyası artıq Polşadadır.
“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış özünün “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, təhvil alınan 28 ədəd “Abrams” tankı qəbul fəaliyyətləri tamamlandıqdan sonra Polşa Ordusunun istismarına veriləcək.