AZ

Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 9 mindən çox müraciət daxil olub

Bakı. Trend:

Ötən il Energetika Nazirliyi və tabeliyində olan qurumlaraümumilikdə 9128 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlərin 7670-imüvafiq qaydada icra edilib, 1229-u məlumat xarakterli, 229müraciət isə icradadır.

Bildirilib ki, müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinəqoşulma, texniki şərtin verilməsi, elektrik qurğu vəavadanlıqlarının istismar vəziyyəti, qazlaşma, sayğaclarınquraşdırılması, icazələr və digər mövzularla bağlı olub.

Qeyd olunub ki, hesabat dövründə Nazirliyin Aparatının və tabeliqurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 379 vətəndaş qəbulolunub və qəbullar zamanı səsləndirilən müraciətlərinqanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlarverilib.

Seçilən
20
az.trend.az

1Mənbələr