Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan “Poseidon” pilotsuz uçuş aparatlarının (PUA) Müdafiə Qüvvələrinin bölmələrində istifadəsinə icazə verib.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bir sıra xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulan “Posedion” elektrik mühərriklərinə və müasir naviqasiya sisteminə sahibdir. Yenidən doldurulan batareyalarla təchiz olunan PUA tam dolu batareya ilə bir neçə saat fasiləsiz işləyə bilir. O, -20 °C ilə +45 °C temperaturda və çətin hava şəraitində qarşıya qoyulan tapşırıqları həyata keçirmək bacarığına malikdir.
“Poseidon” ilə bağlı fikirlərini bölüşən Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bildirib ki, bu PUA-nın işləmə hündürlüyü Rusiyanın bir çox hava hücumundan müdafiə sistemlərinin imkanları xaricindədir.