AZ

İsrail və Hizbullah atəşkəsi uzatmağa hazırlaşır

İsrail və Livanın “Hizbullah” şiə hərəkatı yanvarın 27-də başa çatacaq atəşkəs razılaşmasını uzatmaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Agentlik yazıb ki, hərəkata və İsrail hakimiyyətinə razılaşmanın ilkin şərtlərini yerinə yetirmək üçün daha çox vaxt lazımdır. Onlar hərbi əməliyyatları bərpa etmək niyyətində deyillər.

Yüksək səviyyəli İsrail diplomatı bildirib ki, tərəflər münaqişənin böyüməsinin qarşısını almaq üçün atəşkəsin uzadılmasını müzakirə edirlər. İsraillə Livanın diplomatik əlaqələri olmadığı üçün Livan, İsrail və Fransanın nümayəndələri vasitəçi kimi çıxış edirlər.

Xatırladaq ki, Livan və İsrail arasında 2024-cü il noyabrın 27-də barışıq əldə edilib. Razılaşmanın şərtlərinə görə, Livan ordusu şiə Hizbullah hərəkatının orada öz infrastrukturunu yenidən qurmamasını təmin etmək üçün İsraillə sərhədə yaxın əraziyə nəzarəti ələ keçirərkən İsrail 60 gün ərzində qoşunlarını çıxaracaq.

Poliqon.info

Seçilən
20
21
poliqon.info

10Mənbələr