İngiltərənin Roehampton Universitetinin araşdırmasına görə, günümüzdə kişilər qadınlardan fiziki cəhətdən iki dəfə çox böyüyüblər.
“Cebheinfo.az” xəbər verir ki, bu artım ötən əsrdən qeydə alınıb.
Müvafiq olaraq, yaşayış şəraiti yaxşılaşdıqca insanların boyu və çəkisi artıb.
Lakin bu artım kişilərdə qadınlara nisbətən iki dəfə daha sürətli olub.
Mütəxəssislər uzunboylu kişilərin daha cazibədar olmasının səbəbini onların yaxşı həyat şəraiti ilə izah ediblər.
Digər tərəfdən, uzunboylu insanlar daha çox qazanmağa meyilli olurlar.
Lakin onlar xəstəlik nəticəsində yaranan mutasiyaları toplaya bilən daha çox hüceyrəyə malikdirlər.