Azərbaycan jurnalistikası böyük itkisini yaşayıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin keçmiş baş proqram direktoru, tanınmış jurnalist İlham Alışanov vəfat edib.
"Bakuinfo" xəbər verir ki, jurnalistin ölüm xəbəri dostları tərəfindən sosial şəbəkələrdə paylaşılıb. O, şəkər xəstəliyi ilə uzun müddət mübarizə aparırdı.
İlham Alışanov uzun illər boyunca “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də çalışıb, 2021-ci ildə baş proqram direktoru vəzifəsindən azad edilərək, televiziyanın bədii komissiyasının rəhbəri təyin olunmuşdu. Onun rəhbərlik etdiyi illər ərzində televiziya sahəsində bir çox mühüm layihələr həyata keçirilmişdi.
Alışanovun ölüm xəbəri media aləmi üçün böyük bir itki olaraq qiymətləndirilir.