AZ

Bakıda yerləşən daha bir restoranda saxta alkoqollu içkilər aşkarlanıb (FOTO)

Bakı. Trend:

“Moon Pub” restoranında saxta alkoqollu içkilər aşkarlanıb.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) məlumat yayıb.

Bildirilib ki, daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçurayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən “Moon Pub”restoranında Agentliyin əməkdaşları tərəfindən yoxlamakeçirilib.

"Yoxlama zamanı fiziki şəxs Əliyev Zaur İslam oğluna məxsusrestoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətgöstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub.Həmçinin ictimai iaşə müəssisəsində saxta alkoqollu içkiləraşkarlanıb.

Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyayatəqdim edilib. Araşdırmalar davam etdirilir.

Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtibedilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbulolunub",- deyə məlumatda qeyd edilib.

Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
27
28
az.trend.az

10Mənbələr