"ABŞ Prezidenti Donald Trampın 2025-ci ildəki inaqurasiya çıxışını tarixi adlandırmaq olar? Uzunluq baxımından bəli, bu mənada Tramp rekord vurdu, çünki ondan əvvəlki heç bir prezident yarım saat danışmamışdı, hamısı təxminən iyirmi dəqiqəyə çıxışını bitirirdi.
Xatırladım ki, Donald Trampın ilk andiçmə çıxışı səkkiz il əvvəl, 2017-ci il yanvarın 20-də olmuşdu. O çıxış da “tarixi” adlandırılırdı. O zaman 16 dəqiqə danışmışdı. İndi kim o çıxışın məzmununu xatırlayır? Əgər kimsə 2017-ci ilin Trampıb andiçmə mərasimini xatırlayırsa, bu, yalnız ondan sonra bütün Amerika boyunca yayılan milyonlarla insanın iştirak etdiyi “Qadınların yürüşləri” dalğasına görədir”.
Bu sözləri “Cebheinfo.az”-a ukraynalı hərbi ekspert Pavel Lakiyçuk bildirib.
Onun sözlərinə görə, Trampın 2017-ci ildəki ilk çıxışı “qırğın”, “çətinliklər”, “tükənmə”, “dağıntı” və “tənəzzül” kimi sözlərlə dolu idi. 2025-ci il çıxışında isə bu cür ifadələrin sayı iki dəfə çox olub.
"Bu isə yaşlı “yeni prezident” üçün təbiidir. “Axios” və “The New York Times” kimi Amerika nəşrlərinin hesablamalarına görə, həm 2017, həm də 2025-ci il çıxışlarında ən çox işlədilən sözlər “mən” (müvafiq olaraq 124 və 52 dəfə), “bizim” (72 və 48 dəfə) və “siz” (24 və 12 dəfə) olub. Bundan əlavə, 2025-ci il çıxışında Tramp “amerikalı” sözünü 21 dəfə, “Amerika” və “millət” sözlərinin isə hər birini 20 dəfə işlədib. Həmçinin 6 dəfə Panamanı, 5 dəfə isə ədaləti xatırladıb. Trampın yeni dövrü Amerikanın “qızıl dövrü” vədləri ilə başlayıb.
Necə olacağını yaxın gələcəkdə görəcəyik. Çünki hərəkətlər sözlərdən daha güclüdür”.
Ya Ukrayna, ya da Rusiya…
Ekspert bildirib ki, Donald Tramp Kapitolidə etdiyi çıxışında özünü “sülhpərvər” elan edib və “Amerikanın başlamadığı müharibələri bitirəcəyi” vədini verib:
“Biz uğurumuzu yalnız qazandığımız döyüşlərlə deyil, həm də bitirdiyimiz müharibələrlə və bəlkə də ən əsası, heç vaxt daxil olmadığımız müharibələrlə ölçəcəyik. Mənim ən böyük qürurum sülhpərvər və birləşdirici miras qoymaq olacaq. Mən məhz belə birisi olmaq istəyirəm – sülhpərvər və birləşdirici”, - deyə ABŞ-ın 47-ci prezidenti vurğulayıb.
Lakin onun seçki kampaniyasının əsas xarici siyasət mesajlarından biri olan “Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyi” vədindən bu əfəki çıxışda bəhs edilmədi. Mən bunu belə qiymətləndirirəm ki, Prezident Tramp üçün Rusiya-Ukrayna müharibəsinin reallığı namizəd Trampa göründüyündən daha mürəkkəbdir.
Bu, onun üçün həm problem, həm də çağırışdır.
Amerika KİV-ləri yeni prezidentin çıxışını təhlil edərək belə bir nəticəyə gəlirlər: “Tramp özünün nə istədiyini və nəyi necə edəcəyini qətiyyətlə təsəvvür edir””.
Ancaq ekspert bu fikirlə razılaşmır:
“Mən bunu görmürəm. Mənə elə gəlir ki, Tramp hələ tam olaraq illüziyalarından qurtulmayıb, amma yol ayrıcına yaxınlaşır: ya Ukrayna, ya da Rusiya. Onun taleyi hansı tərəfə dönəcək, bunu özü də bilmir”.