Cənubi Sudan, qonşu Sudandan olan platformalarda zorakı məzmunun yayılması səbəbindən TikTok və Facebook-u müvəqqəti olaraq qadağan edib, Milli Rabitə İdarəsi bildirib.
“Bu sosial şəbəkələrin işi 90 gün müddətinə dayandırılıb. Qadağa sosial şəbəkələrdə materialların, o cümlədən qadın və uşaqlara qarşı zorakılıq videolarının yayılmasının qarşısını almaq üçün lazımdır”, – TASS xəbər verir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp TikTok-un ABŞ-da bloklanmasını 75 gün təxirə salmışdı.
DOĞRU.AZ