AZ

“Jirona” və “Bolonya” da ÇL-də növbəti mərhələ şansını itirdi

“Jirona”, “Srvena Zvezda”, “Zalsburq”, “Şturm”, “Sparta” və “Bolonya” UEFA Çempionlar Liqasında növbəti mərhələ şansını itiriblər.

Arena.az xəbər verir ki, ötən gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.

Məz bu turun oyunlarından sonra daha altı komanda növbəti mərhələ şansını itirib. İspaniyanın “Jirona”, Serbiyanın “Srvena Zvezda”, Avstriyanın “Zalsburq” və “Şturm”, Çexiyanın “Sparta” və İtaliyanın “Bolonya” klubları sonuncu turun nəticələrindən asılı olmayaraq, turnirlə vidalaşacaqlar.

Xatırladaq ki, dekabr ayında baş tutmuş 6-cı turun oyunlarından sonra da İsveçrənin “Yanq Boyz”, Slovakiyanın “Slovan” və Almaniyanın “Leypsiq” kollektivləri növbəti mərhələ şansını itiriblər.

Seçilən
26
6
arena.az

8Mənbələr