Ermənistanın Xarici Kəşfiyyat Xidməti, 2025-ci ildə Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hücum etmə ehtimalının az olduğunu bildirib. Bu məlumat Ermənistan mətbuatında yayımlanıb. Hesabatda qeyd olunur ki, Azərbaycanın hərbi təcavüz ehtimalı, müxtəlif faktorların və hadisələrin təhlilinə əsasən, aşağı qiymətləndirilib.
Bununla yanaşı, lokal toqquşma və eskalasiya risklərinin hələ də mövcud olduğu vurğulanıb. Sərhədin delimitasiyası və demarkasiyası prosesinin bu riskləri müəyyən qədər azalda biləcəyi qeyd edilir.
Hesabat müəllifləri, İrəvanla Bakı arasında ikitərəfli danışıqların ən effektiv həll yolu olduğunu bildirirlər. Eyni zamanda, Qərbi Azərbaycan və Qərbi azərbaycanlılar, Ermənistanın hərbiləşdirilməsi, revanşizm və Zəngəzur dəhlizi məsələlərinin İrəvanın təhlükəsizliyinə təhdid olduğu vurğulanıb.
Sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması prosesinin gecikməsi, Azərbaycanın niyyətləri barədə qeyri-müəyyənliyi artırdığı da qeyd edilir.