AZ

Güclü maqnit qasırğası olacaq - BU TARİXDƏN...

24 yanvarda Günəşdə baş vermiş M sinifli alışmanın müşayiət etdiyi plazma buludunun Yerə çırpılması səbəbilə maqnit qasırğası gözlənilir.

Demokratikmusavat.combaku.ws-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

"Alışma orta səviyyədə olduğuna görə, buludun sürəti nisbətən aşağıdır - təxminən 500 km/s. Sürətin aşağı olması nəticəsində hesablamalara əsasən, buludun Yerə çatması bir qədər gecikəcək. İlkin proqnozlara görə, cümə günü, günün ikinci yarısında gözlənilir"-deyə məlumatda qeyd olunur.

Bildirilib ki, maqnit qasırğası proqnozu kifayət qədər ziddiyyətlidir. Bununla belə, əsas ssenariyə görə, qasırğa beş səviyyəli monitorinq şkalasına əsasən G2 səviyyəsində olacaq. Bundan əlavə, qütb parıltılarının müşahidə olunma ehtimalı da var.

Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Hər növbəti sinfə keçdikdə şüalanma gücü on dəfə artır.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
0
7
Demokratikmusavat.com

10Mənbələr