Manset.az xəbər verir ki, müğənni nazirliyin fəaliyyətindəki nöqsanlara diqqət çəkərək rus dili bölməsində təhsil alan uşaqların yaşadığı çətinliklərdən danışıb. Müğənni rus bölməsinin bağlanmağının tərəfdarı olduğunu dilə gətirib:
"Əgər hörmətli Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə rus bölməsində Azərbaycan dili fənn olaraq gücləndirilməlidir və bu fənn həftədə 4 dəfə keçirilməlidir. İbtidai siniflər üçün rus bölməsi bağlanmalıdır və 4-cü sinifə qədər hamı ölkənin dilinə yiyələnməli, 4-cu sinifdən sonra istəyən rusca, istəyən yaponca oxumağı seçməlidir. Amma rus bölməsinə Azərbaycan tarixini Azərbaycan dilində tədris etmək yalnız bir nəticə verəcək - uşaqlar tariximizi bilməyəcəklər. Bu qədər bəsit. Balalarımız təcrübə dovşanı deyil".