AZ

Ermənistanın keçmiş müdafiə nazirinə qarşı yeni ittihamlar İRƏLİ SÜRÜLDÜ

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, 2008-ci il martın 1-də iş üzrə keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürülüb.

O, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan zor tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Bu maddə 4 ildən 8 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
9
interpress.az

1Mənbələr