HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlarda vasitəçi qismində cəlb olunan Qətər, Misir və ABŞ-nin birgə bəyanatı yayılıb.
Parol.az xəbər verir ki, bəyanata əsasən Qəzzada atəşkəs razılaşmasının yanvarın 19-da qüvvəyə minəcəyi məlum olub.
Qeyd olunur ki, razılaşma üç mərhələdən ibarət olacaq. Birinci mərhələ 42 gün davam edəcək ki, bu mərhələdə əsas atəşkəs və əsir mübadiləsi məsələsi daxildir.