AZ

Türkiyənin məşhur seriallarının operatoru Azərbaycanda yeni film çəkir - Video

Ötən ilin noyabr-dekabr aylarında Azərbaycanda psixoloji triller janırında yeni tam metrajlı film çəkilib. 

“Qafqazinfo” xəbər verir ki, filmə təcrübəli rejissor Cavid Təvəkkül quruluş verib. 

Maraqlı məqamlardan biri də odur ki, “Spinozanın Tanrısı” adlanan filmin çəkilişlərində Türkiyədən çox təcrübəli quruluşçu operator Hüseyn Devrim cəlb edilib. 

Belə ki, o, daha öncə Türkiyənin məşhur serialları olan “Arka sokaklar”, “Aldatmak”, “Öyle bir geçer zaman ki”, “Bir zamanlar Çukurova” və.s kimi işləri ilə seçilib. 

Əldə etdiyimiz məlumata görə, filmin qala gecəsi fevral ayının son günlərində keçiriləcək. 

Film haqqında daha ətraflı videoda:

Seçilən
13
2
qafqazinfo.az

3Mənbələr