AZ

Tramp qaradərilini öldürməkdə təqsirli bilinən polisləri əfv etdi

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə qaradərili bir şəxsi öldürməkdə təqsirli bilinən iki keçmiş polis zabitini əfv edib.
 
7News.Az Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-nin yeni prezidenti vəzifəsinin ilk günündə əfv fərmanı imzalayıb.

Əfvə düşənlər siyahısında 2020-ci ildə qaradərili 20 yaşlı Karon Hylton-Braunun qətlinə görə 5 il həbs cəzasına məhkum edilmiş keçmiş Vaşinqton polisi Terens Suttonunh da adı var.
ABŞ prezidenti eyni qətlin sübutlarını ört-basdır etdiyinə görə 4 il həbs cəzasına məhkum edilmiş polis əməkdaşı Endryu Zabavskini də əfv edib.
Qeyd edək ki, Tramp ümumilikdə 1600-ə yaxın məhbusu əfv edib. Onların içərisində narkotik alverçilərinin də olduğu bildirilib.

 

Seçilən
9
7news.az

1Mənbələr