Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya və Rusiya Federasiyasındakı səfirliklər vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Ancaq hələlik Azərbaycan vətəndaşları sərbəst buraxılmayıb. Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 20-də bildirib ki, gəmilərlə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur.
Modern.az girov saxlanılan vətəndaşların son vəziyyətini öyrənmək üçün gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə əlaqə saxlayıb.
Şirkət bildirilib ki, gəmilərin heyəti ilə bağlı hələlik yeni məlumat yoxdur, vəziyyət eyni olaraq qalır.
Məlumata görə, gəmidəki vətəndaşların azad edilməsi üçün hüquqi prosesə başlanılıb:
"Bu məsələ ilə məşğul olunur, azad olunmalarına əlbəttə ki, ümidimiz var".
Açıqlamada deyilir ki, Azərbaycan vətəndaşları ailə üzvləri ilə gəmidəki telefon vasitəsilə əlaqə yaradırlar:
5Mənbələr
-
demokrat.azEritreyada saxlanılan vətəndaşlarımızdan xəbər var: hüquqi prosedurlar başlayıb ( 14982449)
-
xezernews.azEritreyada saxlanılan vətəndaşlarımızdan XƏBƏR VAR ( 14981103)
-
apress.azEritreyada saxlanılan vətəndaşlarımızdan xəbər var: hüquqi prosedurlar BAŞLAYIB ( 14980855)
-
hokm.azEritreyada saxlanılan vətəndaşlarımızdan xəbər var: hüquqi prosedurlar BAŞLAYIB ( 14980813)
-
turkustan.azEritreyada saxlanılan vətəndaşlarımızdan xəbər var: hüquqi prosedurlar BAŞLAYIB ( 14980803)