Alimlər kosmosun dərinliklərindən gələn intensiv radio siqnalını onun mənbəyinə qədər izləyiblər və tapdıqlarına heyran qalıblar. Siqnalın yaşı 11,3 milyard il olan və yerdən iki milyard işıq ili uzaqlıqdakı qalaktikadan gəldiyi ortaya çıxıb.İllərdir tədqiqatçılar sürətli radio partlayışlarını (FRBs), dərin kosmosdan gələn son dərəcə qısa və güclü enerji partlayışlarını izah etməyə çalışırlar. Bu hadisələrin mümkün səbəbləri arasında qara dəliklər və hətta yadplanetli texnologiyaları var.Elm adamları bu partlayışları gəldikləri qalaktikalara qədər izləməklə bu cür güclü siqnalların hansı ekstremal şəraitdə ortaya çıxdığını başa düşməyə ümid edirlər.İndi tədqiqatçılar bu partlayışlardan birinin mənbəyini dəqiq müəyyənləşdirə biliblər. Halbuki siqnalın gəldiyi qalaktika son dərəcə köhnə, ölü və qəribə formada idi.Əvvəllər aşkar edilmiş FRB-lər yalnız daha gənc qalaktikalardan gəlirdi. Buna görə də yeni kəşf bu partlayışların mənbələri haqqında mövcud anlayışı çətinləşdirir.Alimlər deyirlər ki, bu kəşf sirli kosmik hadisələrin düşündüyümüzdən daha müxtəlif yerlərdən gəldiyini göstərə bilər.Yeni araşdırmada FRB ilk dəfə 2024-cü ilin fevralında aşkar edilib. 2024-cü ilin iyul ayına qədər davam edən siqnallar sayəsində tədqiqatçılar onun kosmosdakı mövqeyini müəyyən edə biliblər.Bu mərhələdən sonra tədqiqatçılar teleskoplarını siqnalın mənbəyinə yönəldiblər və gözlənilməz bir kəşf ediblər. Siqnal gənc qalaktika əvəzinə 11,3 milyard yaşında və yerdən iki milyard işıq ili uzaqlıqda olan qalaktikadan gəlib.Elm adamları bu qalaktikadakı şəraiti simulyasiya edəndə, qalaktikanın son dərəcə parlaq və nəhəng olduğunu ortaya qoyublar. Kütləsinin 100 milyard günəş kütləsi olduğu təxmin edilən bu qalaktika indiyə qədər aşkar edilmiş ən böyük FRB mənbəyidir və ümumilikdə ən böyük qalaktikalardan biridir.Bu iş "The Astrophysical Journal Letters"də dərc olunmuş iki yeni məqalədə təfərrüatlıdır: “Sakit Qalaktikanın Xarici Bölgələrindən Təkrarlanan Sürətli Radio Partlayışı” və “Tekrarlanan Sürətli Radio Partlayışı FRB 20240209A-nın Sakit və Kütləvi Elliptik Əsas Qalaktikası”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta