Estoniya parlamenti Gürcüstan hökumətini və parlamentini tanımaqdan imtina edib. Belə ki, ölkə parlamenti gürcü xalqına dəstək bəyanatı qəbul edib.
Bəyanatda deyilir ki, Estoniya parlamenti “çoxsaylı saxtakarlıqlarla müşayiət olunan parlament seçkilərindən sonra və əhalinin qorxudulması şəraitində yaradılmış” Gürcüstan parlamentini və hökumətini tanımır. Bu arada parlament keçmiş prezident Zurabişvilini Gürcüstanın qanuni prezidenti kimi tanıyır və “onun ölkədəki konstitusiya böhranına son qoymaq səylərini dəstəkləyir”. Bəyanatda həmçinin “Rusiya Federasiyasının Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən hərəkətləri” pislənir.
Bəyanatda həmçinin Avropa Komissiyası və Aİ üzv dövlətlərini gürcü siyasətçilərinə və rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə, həmçinin “azad və ədalətli seçkilər keçirilənə qədər Gürcüstanın qeyri-legitim hökumətinin təsisatları ilə əlaqəni kəskin şəkildə məhdudlaşdırmağa” çağırılır.
Bəyanatı Estoniya parlamentinin 49 üzvü təqdim edib, 59 deputat onu dəstəkləyib, 9 deputat əleyhinə səs verib.
Ülviyyə, Hurriyyet.az