“Ordu”ya keçməyim xeyrimə oldu”.
İdman.biz xəbər verir ki, bunu “Ordu”nun basketbolçusu Marcale Lotts klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Bakı təmsilçisinin 31 yaşlı yeni transferi bildirib ki, artıq adaptasiyanı arxada qoyub: “Komanda yoldaşlarımla bir-birimizə yaxşı uyğunlaşmışıq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərliyi ilə oynamaq şansını əldən buraxa bilməzdim. Onun basketbol fəlsəfəsi xoşuma gəlir və hesab edirəm ki, çalışdırıcının taktiki sxemində özümü yaxşı tərəfdən göstərəcəyəm. Əla heyətimiz var. Bu mənə əlavə motivasiya verir. Fikrimcə, “Ordu”ya keçməklə yenidən yüksək səviyyədə oynaya biləcəyəm”.
Qeyd edək ki, amerikalı basketbolçu “Ordu”ya “Sərhədçi”dən keçib.
İdman.biz