AZ

Bakıda gözəllik salonunda insident: lazerlə başı yandırılan Zeynəbdən - YENİ AÇIQLAMA+FOTO



Xəbər verdiyimiz kimi, paytaxtın "Memar Əcəmi" metrostansiyası yaxınlığında yerləşən “Mone” gözəllik salonunda lazeroloqun səhvi nəticəsində paytaxt sakini Zeynəb Abbasovnın saçlarının ön hissəsi yanıb. Bu səbəbdən gözəllik salonun işçiləri ilə müştəri arasında narazılıq yaranıb.

Bakupost.az xəbər verir ki, gözəllik salonunun işçiləri əvvəlcə hadisəyə görə məsuliyyətdən yayınmaq istəsələr də, dünən onlarla Zeynəb Abbasova arasında razılıq əldə olunub.

Şikayətçi xanım bununla bağlı sosial şəbəkədə yeni paylaşım edib.

Onun sözlərinə görə, hadisə zamanı nə salonun rəhbərliyi, nə də aparatın sahibi salonda olub. Şikayətçinin ilk paylaşımından sonra salon rəhbərliyi onunla əlaqə saxlayıb və üzr istəyib. Lazeroloq xanım da şəxsi mesaj göndərərək etdiyi səhvə görə üzrxahlıq edib:

""Mone" gözəllik salonunda 20.01.25-ci il tarixində lazeroloq saçımı yandırmışdı. O və digər vizajist məni günahkar və haqsız görmüşdülər. Bu hadisə olan zaman nə salon rəhbəri, nə də lazer aparatının sahibi salonda deyildi. Salonun rəhbərliyi mənimlə Facebook sosial platforması vasitəsilə əlaqə saxladı, məsələni aydınlaşdırdı və işçilərin etdiyi səhvə görə üzr istədi.

Lazeroloq xanım mənim paylaşımıma “Yanıq var ki, şikayət etsin?” yazmasına baxmayaraq, şəxsidə mənə yazdı və etdiyi səhvə görə üzr istədi. Digər vizajist də həmçinin.
Lazer aparatının sahibi isə mənə dəyən zərəri daha anlayışla qarşıladı və öz işçisi ilə bağlı tədbir gördüyünü bildirdi. Mən digər sağlamlıq və gözəllik mərkəzinə yaxınlaşdım. Saçıma bir neçə prosedur tətbiq olunacaq. Prosedurun ödənişini isə qarşı tərəf qarşılayacaq".



Lalə, BakuPost

Seçilən
13
50
bakupost.az

10Mənbələr