AZ

“Fast food” restoranlarının eks-direktorunu səfir təyin etdi

ABŞ Prezidenti Donald Tramp “Carl's Jr” və “Hardee's” “fast food” restoran şəbəkələrinin keçmiş baş direktoru Endryu Puzderi ölkənin Avropa İttifaqında səfiri təyin edib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb. 

Tramp yeni səfiri uğurlu hüquqşünas, iş adamı, iqtisadi şərhçi kimi təqdim edib. Əlavə edib ki, o, 2000-ci ildə “Carl's Jr” və “Hardee's” beynəlxalq restoran şəbəkələrinin ana şirkəti olan “CKE Restaurants”ın baş direktoru olub.

ABŞ-nin 47-ci Prezidentinin özünə yeni komanda formalaşdırdığı bildirilir. Qeyd olunur ki, Ağ Ev administrasiyasının yeni əməkdaşlarının əksəriyyəti iş adamları və istefada olan hərbçilərdir. Belə ki, milyarder İlon Mask da ABŞ Hökumətinin Səmərəlilik Departamentinin rəhbəri təyin edilib.

Seçilən
21
qafqazinfo.az

1Mənbələr