AZ

Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

Image

Fransa və Əlcəzair arasında diplomatik gərginlik davam edir. Fransanın daxili işlər naziri Brüno Rötayo davranışı ilə vəziyyəti daha da gərginləşdirib. Bu dəfə Paris prokurorluğu daxili işlər nazirini səriştəsizlikdə günahlandırıb.

Fransanın daxili işlər naziri Brüno Rötayo X hesabında ölkədə daha bir əlcəzairli influenser Rafik Mezyanın həbs edildiyini elan edib. Paris prokurorluğunun bu elana reaksiyası gecikməyib.

"İndiki mərhələdə müvafiq şəxsə qarşı heç bir tədbir görülməyib, o, müalicə almalıdır", - deyə Paris prokurorluğu məsələyə aydınlıq gətirib və davam edən məhkəmə işi ilə bağlı yalnız məhkəmə orqanının açıqlama verməsinin qanuni olduğunu xatırladıb. Həmçinin prokurorluq nazirin vaxtından əvvəl məlumat sızdırmasını pisləyib.

Daha bir influenserin həbsi iki ölkə arasında diplomatik gərginliyin yaşandığı bir vaxta təsadüf edir. Son həftələrdə Fransada bir neçə əlcəzairli influenser həbs edilib.

ZÜMRÜD





Seçilən
15
baki-xeber.com

1Mənbələr