"Bitcoin-in qiyməti 500-700 min dollara qədər yüksələ bilər",
Marja.az xəbər verir ki, bunu Amerika qlobal investisiya idarəetmə şirkəti BlackRock-ın rəhbəri Larry Fink deyib.
MarketWatch xəbər verir ki, Larry Finkin fikrincə, qlobal investisiya fondları öz portfellərinin 2-5%-ni kriptovalyutaya sərmayə etsələr, qiymətin belə əhəmiyyətli artımı mümkündür.
O qeyd edib ki, ABŞ-da dolların məzənnəsi və iqtisadi sabitlik ilə bağlı narahatlıqlar davam edərsə, Bitcoin “bu narahatlıqları aradan qaldırmaq” üçün bir vasitə ola bilər.
Eyni zamanda, BlackRock-ın rəhbəri vurğulayıb ki, o, dəyişkənliyi ilə tanınan bu kriptovalyutanı təbliğ etmir.