AZ

Bu ölkədə qızların evlilik yaşı 9-a endirildi

İraqda yeni tənzimləmə ilə evlilik yaşı 18-dən 9-a endirilib.

News24.az  xəbər verir ki, bu qanunla yetkin kişilərin qızlarla evlənməsinə yol açılıb. Hüquq müdafiəçiləri bunun qadın hüquqlarını və uşaqların yaşamaq hüququnu təhdid etdiyini əsas gətirərək etiraz ediblər.

Qeyd edək ki, 1959-cu ildə qüvvəyə minən və qadınların hüquqlarını qorumaq məqsədi daşıyan Şəxsi Vəziyyət Qanunu İraqda ümumi nikah yaşını 18 olaraq təyin edib. 

Tərəfdarlar dəyişikliklərin İslam dəyərlərinə uyğunlaşmaq və Qərbin təsirini azaltmaq məqsədi daşıdığını iddia edirlər. Lakin insan haqları müdafiəçiləri bu tənzimləmənin qadın və qızların hüquqlarını pozacağını deyirlər.

İraq Qadınlar Birliyinin üzvü və insan haqları müdafiəçisi İntisar əl-Mayali bildirib ki, yeni tənzimləmə ciddi nəticələrə səbəb olacaq. 

“Bu qanun qızların erkən yaşda ərə verilməsi ilə onların yaşamaq hüququnu pozacaq və qadınların boşanma, qəyyumluq və miras kimi hüquqlarının müdafiə mexanizmlərini zəiflədəcək”, - deyə o qeyd edib.

Üç mübahisəli qanun bir səs fərqlə qəbul edildiyi üçün İraq parlamentinin iclası xaotik keçib. Parlament rəsmisi iddia edib ki, qanunun qəbulu üçün kvorum olmayıb. Bəzi millət vəkilləri qərara etiraz edib.

Müstəqil deputat Raid əl-Maliki vətəndaşlıq vəziyyəti qanununu dəstəklədiklərini, lakin onun digər iki qanunla birləşdirilməsinin hüquqi problemə səbəb ola biləcəyini deyib: “Qanunlar ayrıca səsə qoyulmalı idi, bu proses hüquqi çaşqınlıq yarada bilər”.

Parlament sədri Mahmud əl-Məşhədani qanunu müdafiə edərək, "Bu, ədalətin möhkəmləndirilməsi və vətəndaşların gündəlik həyatının tənzimlənməsi prosesində mühüm addımdır" deyib.

Aynurə

Seçilən
8
news24.az

1Mənbələr