AZ

Gəncə səmasında uçan obyektin AYDIN GÖRÜNTÜLƏRİ – VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gündür bölgəmizin səmasında uçan obyektlər müşahidə olunub.

Sözügedən məsələ ilə bağlı Gencexeber.az-a sakin tərəfindən həmin obyektin günün işıqlı vaxtı çəkilmiş aydın görüntüsü təqdim edilib.

Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bаku.ws-ə bildirib ki, bu görüntülər müxtəlif səbəblərdən yarana bilər.

“Bu, kosmik peyklər ola bilər. İlon Maskın şirkəti orbitə peyklər buraxıb. Onlar birgə uçursa, uzun bir quyruq yaradır. Adi gözlə də görmək olur”, – ekspert bildirib.

Qeyd edək ki, sözügedən cisim bölgəmiz də daxil olmaqla ölkənin müxtəlif ərazilərində görüntülənib.


Seçilən
2
7
news24.az

10Mənbələr