AZ

Məşhur apteklər şəbəkəsi cərimələndi

Məşhur apteklər şəbəkəsi

Azərbaycanda bir sıra satış məntəqəsinə malik olan "Dokta" MMC aptek təşkilatlarına dair tələbləri pozduğuna görə cərimələnib.

Emlakbazari.az

E-saglam.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, əczaçılıq sahəsində fəaliyyət göstərən "Dokta" MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur. (iqtisadiyyat.az) 

E-saglam.az


Seçilən
21
e-saglam.az

1Mənbələr