Rusiya Baş nazirinin müavini Dmitri Patruşyev ərzaq təminatında daxili bazarın pioritetliyini nəzərə alaraq idxala məhdudiyyətlər tətbiq edəcəklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazirin müavini əsas ərzaq məhsullarının əlçatanlığına nəzarət edəcəklərini bildirib.
Həmçinin, Patruşyev Rusiya ixrac bazarlarını itirmək istəmədiklərini də vurğulayıb.
Qeyd edək ki, Rusiyanın əsas ixrac bazarları Çin, Almaniya, Türkiyə, Hindistan, Cənubi Koreya, İtaliya və Fransadır.
Azərbaycanın qeyri-ərzaq idxalında Rusiyanın payı yüksəkdir. Ötən il ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 17,6 faizi Rusiyanın payına düşüb.
Müəllif: Fatimə Bağırova